Niderlandın əfsanəvi qapıçısı Edvin van der Sarın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, reanimasiyada olan 52 yaşlı mütəxəssisin vəziyyəti stabildi və həyatı üçün təhlükə yoxdu.
 
Bu barədə onun həyat yoldaşı Annemari məlumat verib: "Edvin hələ də reanimasiyadadı. Onun həyatı üçün heç bir təhlükə yoxdu. Hər dəfə ona baş çəkəndə ünsiyyət qurur. Onun vəziyyətinin necə inkişaf edəcəyini görmək üçün səbirlə gözləməliyik".
 
Qeyd edək ki, Edvin van der Sar 1990-2011-ci illərdə peşəkar futbol oynayıb. O, Xorvatiyada tətildə olarkən beyin qanaması keçirərək Split xəstəxanasına yerləşdirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest