12 İyul 2023, 12:36
FUTBOL
Artıq növbəti həftə reytinqdə bir pillə irəliləyiş müşahidə oluna bilər. Çünki ölkəmiz UEFA reytinqində 28-ci pillədəki Slovakiyadan cəmi 0,125 xal geridi.
UEFA ölkələrin yeni reytinq cədvəlini açıqlayıb. Matc.az saytı xəbər verir ki, Azərbaycan 2023-24 mövsümünə 29-cu pillədə başlayıb.
ölkəmizin aktivinə artıq ilk xallar da yazılıb. Bu, "Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsində "Linkoln" üzərində qazandığı 2:1 hesablı qələbə sayəsində baş tutub. Cəbəllütariqdəki qalibiyyət ölkənin reytinqinə 0,250 xal qazandırıb. Bunun sayəsində Azərbaycan son 5 mövsümdə topladığı ümumi xal sayını da 14,500-ə çatdırıb.
Artıq növbəti həftə reytinqdə bir pillə irəliləyiş müşahidə oluna bilər. çünki ölkəmiz UEFA reytinqində 28-ci pillədəki Slovakiyadan cəmi 0,125 xal geridi.
Dünən baş tutan matçların ardından reytinqdə bir neçə yerdəyişmə də olub. İsrail 17-ci, Polşa 22-ci, Sloveniya 31-ci, İslandiya isə 44-cü yerə yüksəlib. Əvəzində çexiya, Rusiya, Lixtenşteyn, İrlandiya, Finlandiya və Malta geriləyib.
Reytinqin ilk üç pilləsində müvafiq olaraq İngiltərə (88,928 xal), İspaniya (75,727) və İtaliya (71,569) qərarlaşıb.