"Lids"in hücumçusu Rodriqo Moreno Qətərin "Ər-Rayyan" klubuna keçib. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
 
Onun sözlərinə görə, klublar arasında müqavilə artıq bağlanıb. Yaxın saatlarda transfer rəsmi olaraq açıqlanacaq. 32 yaşlı ispaniyalı futbolçu hazırda tibbi müayinədən keçir.
 
Qeyd edək ki, İspaniya millisinin üzvü 2022-23 mövsümündə "Lids"in heyətində 35 oyuna çıxıb, 15 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest