12 İyul 2023, 14:32
FUTBOL
Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" FİFA tərəfindən sanksiyaya məruz qalıb. Matc.az "Marca"ya istinadən bildirir ki, FİFA kluba yeni oyunçu transfer etməyi qadağan edib.
Qadağanın səbəbi isə 2018-ci ildə bağlanan və "Əl-Nəsr"in "Lester"dən 15 milyon avroya transfer etdiyi nigeriyalı hücumçu Əhməd Musa ilə müqavilədir. FİFA-nın rəsmi qərarında deyilir ki, həmin müqaviləyə əsasən Səudiyyə komandası 460.000 avro və performans bonuslarına görə faiz ödəməyib.
Qərar ilk olaraq 2021-ci ilin oktyabrında dərc edilib və "Əl-Nəsr"ə "Lester"ə olan borcunu ödəməməsi halında transfer qadağası ilə üzləşəcəkləri barədə xəbərdarlıq edib. İndi klubun qərara əməl etmədiyi və bu səbəbdən sanksiyaya məruz qaldığı bildirilir. Sanksiya, həm daxili, həm də beynəlxalq transferlərə aiddir, yəni hazırda klub xaricdən gələn ulduzları qeydiyyatdan keçirə bilmir.
FİFA-nın ilkin qərarında bildirilir ki, qadağa üç transfer pəncərəsini əhatə edəcək. Kluba məlumat verilib ki, əgər qadağanın sonuna kimi "Lester" hələ ödəniş almasa, məsələ FİFA İntizam Komitəsinə göndəriləcək.