Joan Laporta Arda Gülərin "Barselona"ya deyil, "Real""a keçməsinin səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, Kataloniya klubunun prezidenti bu transferdə uğursuzluğa düçar olmalarının səbəbini izah etməyə çalışıb: "Oyunçu ilə razılaşdıq və "Fənərbaxça"ya 17,5 milyon avro ödəməyə hazır idik. Lakin sonra danışıqlara başqa klublar müdaxilə etdi, məsələn, "Real" daha çox pul təklif etdi. Sonra düşündük ki, biz bu hərracda iştirak etməyək.
 
Gülər sövdələşməsindən məbləğin böyüklüyünə görə çıxdıq. Böyük məbləğin ödənilməsinin bizim tərəfimizdən səhv addım olacağını düşündük. Düşünürəm bir çox oyunçu var ki, biz onlarla belə hərraclarda iştirak etmədən müqavilə imzalaya bilərik.
 
Gülər üçün yarışa bilərdik, amma etməməyə qərar verdik. Bizim müəyyən bir həddimiz var ki, onu keçmirik. Biz bunu Arda ilə etmədik və "Barsa"ya qoşulmaq istəyən digər oyunçularla da etməyəcəyik".
 
Xatırladaq ki, 18 yaşlı yarımmüdafiəçinin "Real"a transferinin 20+10 milyon avroya başa gəldiyi bildirilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest