12 İyul 2023, 17:55
FUTBOL
"Qalatasaray" ispan futbolçunu heyətinə qatıb. Matc.az xəbər verir ki, "Leyptsiq"ə məxsus ispaniyalı sol cinah müdafiəçi Anhelinyo icarə əsasında "Qalatasaray"a keçib.
"Cim-Bom"un bir mövsüm üçün 2 milyon avro icarə haqqı ödəyəcəyi məlum olub. Daha sonra klub futbolçunun çıxışından razı qalacağı təqdirdə əlavə 6 milyon avro ödəyərək transfer hüququna sahib çıxa bilər.
Xatırladaq ki, Anhelinyo ötən mövsümü icarə əsasında "Hoffenhaym"da keçirib. Bundan əlavə futbolçu karyerası ərzində PSV və "Mançester Siti" kimi klubların formasını geyinib.