13 İyul 2023, 00:02
FUTBOL
Madridin "Real" klubuna yollanan Arda Güləri əvəzləmək istəyən "Fənərbaxça" Sebastyan Şimanskinin transferini başa vurub. Matc.az xəbər verir ki, gizli şəkildə İstanbula gətirilən futbolçu "Fənərbaxça" forması ilə klub binasına daxil olarkən görüntülənib.
Az sonra isə "sarı-göylər" Şimanski transferinin maliyyə detallarını ictimaiyyətə açıqlayıb. Klubdan verilən açıqlamaya görə, "Fənərbaxça" Şimanski üçün məxsus olduğu Moskva "Dinamo"suna 9,75 milyon avro ödəyəcək. Polşalı futbolçu isə "Fənərbaxça"da illik 2,5 milyon avro qazanacaq.
Xatırladaq ki, Şimanski ötən mövsümü icarə əsasında "Feyenoord"da keçirib. Bundan başqa futbolçu "Legiya" və Moskva "Dinamo"su kimi klublarda çıxış edib. 2019-cu ildən isə Polşa millisinin şərəfini qoruyur.