"Kəpəz"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Mate Kvirkviya komandada qalıb.
 
Bu barədə gəncəlilərin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər başa çatan müqavilənin yenilənməsi ilə bağlı danışıqları müsbət yekunlaşdırıblar. 27 yaşlı oyunçu "Kəpəz"lə yeni 1 illik saziş imzalayıb.
 
Qeyd edək ki, Mate Kvirkviya ötən mövsüm "Kəpəz"in heyətində Premyer Liqada keçirdiyi 33 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest