13 İyul 2023, 09:53
FUTBOL
PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin keçmiş meneceri Donato di Kampli maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az xəbər verir ki, o, Fransa klubunda oyunçuların təzyiq altında qaldığını bildirib:
"Futbolçular PSJ-də həbsdədi. İstədiyinizi edə bilməzsiniz. Klubun daimi mövqeyi şantajdı. Verratti orada həbsdədi. PSJ ilə təcrübəm çox pisdi. Onlar ancaq pulla maraqlanırlar. Bu klubun ruhu yoxdu".
Qeyd edək ki, 31 yaşlı Marko Verratti 2012-ci ildən PSJ-nin şərəfini qoruyur.