13 İyul 2023, 11:34
FUTBOL
Ukrayna və İngiltərə milliləri arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun yeri müəyyənləşib. Matc.az xəbər verir ki, qarşılaşma Polşada keçiriləcək.
Görüş sentyabrın 9-da 45 min tamaşaçı tutumuna malik Vrotslav şəhər stadionunda olacaq. Bu arenada Polşa və Ukraynada təşkil edilən AVRO-2012-nin oyunları keçirilib.
Qeyd edək ki, martda "Uembli" stadionunda AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İngiltərə - Ukrayna oyunu keçirilib və meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.