"Mançester Siti" 19 yaşlı müdafiəçisi Şi çarlzı satıb. Matc.az xəbər verir ki, Şimali İrlandiya millisinin üzvü "Sauthempton"a keçib.
 
O, yeni komandası ilə 4 illik müqavilə imzalayıb. Bu transfer Premyer Liqa çempionuna 15 milyon funt-sterlinq qazandırıb. Müqavilədə növbəti satışdan əldə ediləcək məbləğin bir hissəsinin "şəhərlilər"ə veriləcəyi ilə bağlı bəndlər yer alıb.
 
Qeyd edək ki, gənc çarlz Premyer Liqada 1 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest