"Bernli"nin prezidenti Alan Peysin qızı Eşlin Peys-Ferqyuson atasının klub vasitəsilə gələcək həyat yoldaşı ilə tanış olmasına necə kömək etdiyini açıqlayıb. Matc.az xəbər verir ki, o, Yutadakı universitetdə oxuyarkən valideynləri ABŞ-dan Bernliyə köçüb:
 
"Bir gün atam mənə gənc britaniyalının şəkli olan elektron məktub göndərdi. Məktubda deyilirdi: "O, burada - Bernlidə işləyir və adı Codu. Məncə, sən onunla görüşə getməlisən".
 
Eşlin Peys-Ferqyuson həmin oyunçu ilə daha sonra tanış olduğunu və sevdiyini söyləyib: "Yay tətilində kiçik bacımla ilk dəfə klubun bazasında olduq. Conu ofisdə gördüm, onun gözünün içinə belə, baxa bilmədim. Onun çox şirin olduğunu düşündüm. Sonra biz bütün günü və sonrakı bir neçə günü birlikdə keçirdik. Sonra bir addım irəli atmaq istədiyimizi anladıq. Bir neçə aylıq səyahətdən sonra qərara gəldim ki, Bernliyə köçməliyəm. Bu qərar bizi stadionun ortasında bir nişana apardı. 2022-ci ilin avqustunda isə evləndik".
 
Qeyd edək ki, amerikalı iş adamı Alan Peys 2020-ci ilin dekabrından "Bernli"yə prezidentlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest