"Bu, bir Azərbaycan klubunun Belarusa təlim-məşq toplanışına gəlib-gəlməyəcəyindən asılıdır. Gozləyirik, əgər gəlsələr, onda onlarla oyun keçirəcəyik"

Belarusun "Şaxtyor" klubu ölkə çempionatında yaranan fasilədən istifadə edərək təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, Soliqorsk klubu bu toplanış çərçivəsində Rusiya təmsilçisi "Alaniya" ilə yoldaşlıq oyunu keçirib və 0:1 hesabı ilə məğlub olub. "Şaxtyor"un baş məşqçisi Aleksey Baqa oyundan sonra bu matçla yanaşı, iyulun 21-də "İvatseviçi" ilə keçiriləcək kubok matçına hazırlıq barədə fikirlərini bölüşüb.

- Hesabdan asılı olmayaraq, çox faydalı oyun oldu. Qarşısına Rusiya Premyer Liqasına yüksəlmək məqsədi qoyan iddialı klubla oynadığımız üçün şadıq. Gənclərimiz üçün, eləcə də zədədən sonra meydana qayıdan oyunçular üçün yaxşı fürsət oldu. Yeganə məyus edən odur ki, öz şanslarımızı dəyərləndirə bilmədik və qol buraxdıq. Amma buna baxmayaraq, şadam ki, xüsusən çempionatda belə bir fasilə yarandığı zaman, futbolçular ikinci dövrəyə hazırlıq üçün yaxşı imkan əldə etdilər.

- Yenə yoxlama matçları olacaq?

- Tam dəqiq olmasa da, belə variant mümkündür. Bu, bir Azərbaycan klubunun Belarusa təlim-məşq toplanışına gəlib-gəlməyəcəyindən asılıdır. Gozləyirik, əgər gəlsələr, onda onlarla oyun keçirəcəyik. Əks halda, daha çox məşq prosesi ilə məşğul olub, kubok matçına hazırlaşacağıq.

Xatırladaq ki, Aleksey Baqa ötən mövsüm bir müddət "Sumqayıt" klubunun baş məşqçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest