14 İyul 2023, 00:36
FUTBOL
"Əl-Nəsr"lə yeni müqavilə imzalayan Marselo Brozoviç Səudiyyə Ərəbistanında heç bir oyun keçirmədən klubu tərk edə bilər. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hazırda FİFA tərəfindən qoyulan qadağaya görə "Əl-Nəsr" Brozoviçlə müqaviləni rəsmiləşdirə bilmir.
FİFA "Lester"ə maliyyə borcu olduğuna görə "Əl-Nasr"ə futbolçuların qeydiyyatını qadağan edib. Bundan istifadə etmək istəyən "Barselona" vəziyyəti diqqətlə izləyir. Əgər FİFA-dan Səudiyyə klubuna yaşıl işıq yanmasa, o zaman kataloniyalılar 30 yaşlı futbolçunu transfer etməyə çalışacaqlar.