14 İyul 2023, 01:16
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Arda Gülər ​​qarşısına qoyduğu məqsədi açıqlayıb. Matc.az xəbər verir ki, 20 milyon avroya "Fənərbaxça"dan transfer olunan 18 yaşlı futbolçu gələcəkdə "Kral klubu"nun tarixinə düşmək istəyir.
"Real" dünyanın ən güclü heyətinə sahibdir. Bu klubun tarixinə düşmək, hətta əfsanəyə çevrilmək istərdim. Rodriqo, Vinisius, Valverde və Kamavinqa da çox gənc yaşda buraya gəlib və uğur qazanıblar. Zidan, Quti və özili öz kumirlərim sayıram" - deyə, Arda Madridin klubunun rəsmi kanalına müsahibəsində bildirib.
Xatırladaq ki, Türkiyə millisinin gənc futbolçusu Madrid klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.