"çelsi" yay transfer hədəfi kimi PSJ-nin hücumçusu Neymarı nəzərdən keçirir. Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu Paris klubundan ayrılmaq istəsə, Premyer Liqa klubu onu transfer etməyə hazırdı.
 
Fransa təmsilçisi braziliyalının taleyi ilə bağlı hələ qərar verməyib. Daha əvvəl Kilian Mbappenin "Real"a satılacağı təqdirdə Neymarın PSJ-də qalacağı bildirilirdi. Fransız forvard növbəti mövsümü Parisdə keçirsə, o zaman Neymar satılacaq.
 
Qeyd edək ki, Neymar ötən mövsüm 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə verib. Onun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest