"Linkoln"un qapıçısı Nauset Qarsiya çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, ispaniyalı qolkiper öz meydanlarında 1:2 hesablı məğlubiyyəti şərh edib.
 
29 yaşlı futbolçu hesabı açdıqdan sonra ikinci qolu vurmağa yaxın olduqlarını söyləyib:
 
"İlk oyunda önə keçə bildik. Hətta tabloda üstünlüyü artıra da bilərdik. Amma ələ düşən şansı dəyərləndirmədik. Böyük komandalar isə əllərinə düşən hər fürsətdən yararlanırlar. Rəqib qələbə qolunu son dəqiqələrdə vurduğundan, ağzımızın dadı qaçdı. Unutmayaq ki, yüksək büdcəli və son illərdə avrokuboklarda müntəzəm çıxış edən səviyyəli futbolçulara malik klubla qarşılaşırdıq".
 
Qarsiya hesab edir ki, Bakıdakı cavab görüşündə yenilginin revanşını almaq mümkündü: "Cavab oyununda öz oyun ritmimizi ortaya qoymağa, "Qarabağ"ın çatışmazlıqlarından yararlanmağa çalışmalıyıq ki, 1:2 hesabının əvəzini çıxaq. Azərbaycan təmsilçisini məğlub etmək çox çətindi. Amma futbolda qeyri-mümkün heç nə yoxdu".
 
Qeyd edək ki, cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest