15 İyul 2023, 15:24
FUTBOL
25 yaşlı müdafiəçi Milanın "İnter" klubunun hədəfindədir. A Seriyası nəhəngi Demiralın transferi ilə bağlı "Atalanta" ilə danışıqlara başlayıb.
Türkiyə millisinin üzvü Merih Demiral klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, "Atalanta" ilə məşqlərə qoşulmayan Demiralın komandadan ayrılması gündəmdədir.
Verilən məlumata görə, türk futbolçu karyerasını İtaliyanın digər klubunda davam etdirəcək. 25 yaşlı müdafiəçi Milanın "İnter" klubunun hədəfindədir. A Seriyası nəhəngi Demiralın transferi ilə bağlı "Atalanta" ilə danışıqlara başlayıb.
Xatırladaq ki, Merih ötən mövsüm "Atalanta"nın heyətində 28 oyuna çıxıb, 1 qol vurub.