"Arsenal" "Vest Hem"dən Deklan Raysı transfer edib. Matc.az xəbər verir ki, "topçular" 24 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalayıblar.

"Arsenal" futbolçu üçün 100 milyon funt sterlinq nağd, daha 5 milyon isə bonuslar şəklində odəyəcək. Bu, London klubunun tarixində ən böyük transfer alış-verişidir.

Xatırladaq ki, klubun indiyədək rekord transferi 2019-cu ildə "Lill"dən alınan Nikolas Pepe olmuşdu. O zaman klub Pepe üçün 72 milyon funt sterlinq ödəmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest