"Qalatasaray" Aleksis Sançez üçün hərəkətə keçib. Matc.az xəbər verir ki, klub rəsmisi Erden Timur bu transferi tamamlamaq üçün işlərə başlayıb. "Sarı-qırmızılı"ların ötən mövsüm heyətinə qatmaq üçün böyük səy göstərdiyi çilili ulduz bu dəfə "Qalatasaray"ın formasını geyinməyə çox yaxındır. Tərəflər  arasında ilk görüş müsbət keçib. 34 yaşlı dünya şöhrətli futbolçu İstanbul klubuna yaşıl işıq yandırıb. 
 
ötən mövsüm "Marsel"in heyətində 44 oyun keçirən Sançez 18 qol vurub və 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest