"Ağır qrafiklə hazırlıq keçdiyimizi bilirik. Futbolçular yüklənmə altında da istədiyimiz futbolu nümayiş etdirməyə çalışırlar"

"Qəbələ" Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Klubumuz bugün ikinci yoxlama görüşünü keçirib. "Qırmızı-qaralar" Rusiyanın "Orenburq" klubu ilə görüşüb.
 
Matc.az Qəbələ klubunun rəsmi saytına istinadən xəbər verir ki, görüş qarşılıqlı qollarla 1:1 hesabı ilə nəticələnib. Qəbəlilərin baş məşqçisi Elmar Baxşıyev qarşılaşma haqda fikirlərini açıqlayıb: 
 
"Boluda ikinci yoxlama görüşümüz idi. üç gündən bir oyun keçiririk. Ağır qrafiklə hazırlıq keçdiyimizi bilirik. Futbolçular yüklənmə altında da istədiyimiz futbolu nümayiş etdirməyə çalışırlar. Bu da sevindiricidir. Bugünkü rəqibimiz yaxşı komanda idi. Rusiya Premyer Liqasında mübarizə aparan bir komanda ilə görüşdük. "Orenburq" toplanışı başa çatdırmaqda olduğu üçün rəqib oyunçular daha hazırlıqlı görünürdülər. Amma komandamız yaxşı oynadı. Rəqibdən çəkinmədi və öz oyun üslubumuzun üzərində dayandıq. Hər matç bizim üçün önəmlidir. çünki komanda oyundan oyuna güvəni qaytaracaq və xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest