Argentinada "River Pleyt" vaxtından əvvəl çempionluğu təmin edib. Matc.az xəbər verir ki, Martin Demiçelisin çalışdırdığı klub rekorda imza ataraq 38-ci dəfə çempion olub.
 
25-ci turda "River Pleyt" evdə "Estudiantes" üzərində 3:1 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirib.
çempionatın başa çatmasına iki tur qalsa da klub 25 görüşdə 57 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub.
 
Qeyd edək ki, "River Pleyt" 38, əzəli rəqibləri "Boka Xuniors" isə 35 dəfə ölkə çempionu tituluna sahib çıxıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest