"Fənərbaxça" xorvatiyalı qapıçı Dominik Livakoviçin transferini başa vurmaq üzrədir. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zaqreb "Dinamo"su ilə aparılan danışıqlar nəticəsində 9 milyon avroluq razılıq əldə olunub.
 
"Fənərbaxça" qapıçı üçün apardığı transfer rəqabətində "Vilyarreal"ı qabaqlamağı bacarıb.
 
Dominik Livakoviç karyerası ərzində Zaqreb "Dinamo"sunda 392 oyuna çıxıb. 28 yaşlı əlcək sahibi bu qarşılaşmaların 159-da qapısını "quru" saxlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest