Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah" daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Bildirilib ki, komanda son yoxlama oyununu Yunanıstan təmsilçisi "Olimpiakos"la keçirəcək. İyulun 19-da keçirilməsi planlaşdırılan qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Komandalar Kematen stadionunda üz-üzə gələcəklər.
 
Qeyd edək ki, "Sabah" Avstriya toplanışı çərçivəsində artıq iki yoxlama matçı keçirib. Qətər klubu "Əl-Sədd"ə 3:1 hesabı ilə qalib gələn Murad Musayevin yetirmələri Almaniya təmsilçisi "Sankt-Pauli"yə 1:4 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest