Markus Reşford "Mançester Yunayted"lə müqaviləsini uzadıb. Matc.az "The Athletic"-ə istinadən xəbər verir ki, İngiltərə klubu hücumçu ilə 2028-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə bağlamaq üçün prinsipial razılığa gəlib.
 
Reşford İngiltərə və Avropa klublarından daha sərfəli təkliflər alsa da, "Yunayted"də qalmaq naminə onları rədd edib.
 
Xatırladaq ki, 25 yaşlı futbolçunun Mançester klubu ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest