17 İyul 2023, 17:19
FUTBOL
2023-24 mövsümündən başlayaraq çempionlar Liqasının birinci təsnifat mərhələsindən etibarən VAR sistemi tətbiq edilib. Matc.az xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov məhz bununla əlaqədar yeni təyinat alıb.
UEFA I raund çərçivəsində "Dinamo" (Tbilisi, Gürcüstan) ilə "Astana" (Qazaxıstan) arasında keçiriləcək görüşdə assosiasiya rəsmisinə təyinat verib.
Məmmədov Tbilisidəki Boris Payçadze adına "Dinamo Arena"dakı cavab qarşılaşmasında VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası ilə məşğul olacaq.
Qeyd edək ki, oyun iyulun 19-da keçiriləcək. İlk matçda 1:1 hesabı qeydə alınıb.