17 İyul 2023, 17:31
FUTBOL
Madrid "Real"ı rəsmi saytında 2022/2023 maliyyə ilinin yekunları ilə bağlı məlumat dərc edib. Matc.az ispan mətbuatına istinadən xəbər verir ki, "Kral klubu" ili 12 milyon avro gəlirlə başa vurub. Bu dövr üçün gəlirlər əvvəlki illə müqayisədə 17% artaraq 843 milyon avro təşkil edib.
Klubun mətbuat xidməti qeyd edir ki, gəlirin məbləği ilk dəfə olaraq koronavirus pandemiyasından əvvəlki rəqəmi (2018/2019-cu maliyyə ili üçün 757 milyon avro) ötüb.
Xatırladaq ki, ötən mövsüm "Real" İspaniya çempionatını ikinci yerdə başa vurub.