"çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq Fransanın "Marsel" klubuna keçə bilər. Matc.az xəbər verir ki, futbolçunun özü "Marsel"ə keçməkdə maraqlıdır, lakin hələ ki, sövdələşməni yekunlaşdırmaq mümkün olmayıb.
 
Məsələ burasındadır ki, London klubu hücumçunu havayı buraxmaq istəmir. üstəlik, Obameyanqın maaşı ildə 9,7 milyon avro təşkil edir ki, bu da fransız klubu üçün həddindən artıq çoxdur.
 
Xatırladaq ki, qabonlu futbolçunun "çelsi" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest