"Vest Hem" Harri Maquayrı icarəyə götürmək üçün "Mançester Yunayted"ə təklif göndərib. Matc.az ingilis mətbuatına istinadən bildirir ki, "qırmızı şeytanlar" bundan imtina edib.
 
Bir müddət əvvəl məlum olmuşdu ki, Maquayr "Mançester Yunayted"in kapitan sarğısından məhrum edilib. Müdafiəçi komandanın baş məşqçisi Erik ten Haqın qərarından məyus olduğunu bildirib.
 
Xatırladaq ki, Harrinin 30 yaşı var. O, keçən mövsüm zəif çıxış etdiyi üçün "Mançester Yunayted"in əsas heyətində yerini itirib. Transfermarkt müdafiəçini təxminən 20 milyon avro qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest