2023-24 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Araz-Naxçıvan" özünə yeni sponsor tapıb. Matc.az xəbər verir ki, elitaya qayıdan "Diadora" şirkəti ilə əməkdaşlıq edəcək.
 
Anlaşmaya əsasən, Naxçıvan təmsilçisi adıçəkilən şirkətin forma və geyim dəstlərindən yararlanacaq. İtaliya şirkətinin istehsal edəcəyi məhsullar tezliklə təqdim olunacaq.
 
Qeyd edək ki, "Araz-Naxçıvan"ın oyun formaları ağ və qırmızı rəngdə olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest