18 İyul 2023, 12:30
FUTBOL
Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili "Valensiya"nı tərk edir. Matc.az "Leadersport"a istinadən bildirir ki, 22 yaşlı qolkiper karyerasını Almaniya çempionatında davam etdirəcək. Futbolçu "Bavariya" ilə müqavilə imzalayacaq.
Tərəflər arasında sövdələşmə praktiki olaraq razılaşdırılıb. Alman klubu "İnter"lə müqavilə imzalayacağı gözlənilən Yan Sommerin yerinə Mamardaşvilini transfer etmək niyyətindədir. Gürcüstan millisinin qapıçısı Münhen klubu ilə 5 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, ötən mövsüm qolkiper "Valensiya"nın heyətində 42 matçda iştirak edib və 49 qol buraxıb. "Transfermarkt" ekspertləri gürcü futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.