"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu Moskva "Spartak"ı ilə bu gün keçiriləcək yoxlama görüşü ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssis "Sport-Express" nəşrinə açıqlamasında güclü rəqiblə qarşılaşacaqlarını bildirib.
 
Mutu komandasının inkişafda olduğunu da sözlərinə əlavə edib:
 
"Spartak"ın bir neçə oyununa baxmışam. Onların necə çıxış etdiyini bilirəm. "Spartak"ın gücündən xəbərim var. Əla komandadı. üstəlik, böyük büdcələri var. Amma bizim üçün təkcə nəticə yox, "Spartak"la matçda taktiki hazırlığımızı dəqiqləşdirə biləcək futbolçuların fiziki forması da vacibdi. Hələ çox işimiz var. Bununla belə, gənc futbolçularla maraqlanıram, onları hərəkətdə görmək istəyirəm. Yaxşı oyun olacaq. Meydanda bizə ayrılacaq hər dəqiqədən maksimum yararlanmağa çalışacağıq. üzərində işlədiyimiz plana sadiq qalmaq vacibdi".
 
Qeyd edək ki, "Otkrıtiye Bank Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest