"Mançester Yunayted"in müdafiəçisi Aleks Telles Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməyə yaxındır. Matc.az xəbər verir ki, klublar 30 yaşlı braziliyalının transferi ilə bağlı şifahi razılığa gəliblər. Ərəb klubu  yaxın günlərdə Tellesin komandaya qoşulmasını istəyir.
 
Telles ötən mövsümü icarə əsasında "Sevilya"da keçirib. Müdafiəçi İspaniya klubunun heyətində 38 matçda iştirak edərək, 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" Braziliya millisinin oyunçusunu 7,5 milyon avro dəyərləndirir.
 
Xatırladaq ki, Telles "Mançester Yunayted"ə 2020-ci ildə "Portu"dan 15 milyon avroya transfer olunmuşdu. "Mankunian"ların heyətində futbolçu ümumilikdə 50 oyun keçirib, 1 qol vurub və 8 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest