Braziliyalı futbolçu Fernandao Türkiyəyə qayıtmağa hazırlaşır. Matc.az xəbər verir ki, 36 yaşlı braziliyalı hücumçu "ümraniyespor"la anlaşıb. Azad agent statusuna malik olan futbolçu 5 mövsümdən sonra Türkiyəyə qayıdır. 
 
Qeyd edək ki, iki il öncə karyerasını "Qoyas" klubunda başa vuran futbolçu bu ilin mart ayında yenidən futbola qayıtdığını elan etmişdi. 
 
Xatırladaq ki, Fernando əvvəllər "Bursaspor" və "Fənərbaxça" klublarının heyətində Türkiyə Super Liqasında 171 matça çıxıb. Braziliyalı futbolçu 2014-2015 mövsümünün bombardiri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest