18 İyul 2023, 19:41
FUTBOL
"Mançester Yunayted"in keçmiş futbolçusu Rayan Giqqz Mançester Ali Məhkəməsindən bəraət alıb. Matc.az BBC-yə istinadən xəbər verir ki, uelsli bütün ittihamlar üzrə təqsirsiz bilinib.
Giqqz keçmiş sevgilisi Keyt Qrevill və onun bacısına qarşı zorakılıqda ittiham olunurdu. Uzun sürən proseslər zamanı "Mançester Yunayted"in keçmiş futbolçusu hətta məhkəmədə qırmızı vərəqələrlə bağlı futbol statistikasını da göstərib.
Qeyd edək ki,məhkəmə ilə əlaqədar Giqqz Uels yığmasının baş məşqçisi vəzifəsini tərk etməli olmuşdu. İndiki bəraət hökmündən sonra o, məşqçiliyə qayıda biləcək.