"Neftçi"nin prezidenti Kamran Quliyev komandanın Moskvadakı təlim-məşq toplanışı zamanı "Match TV" kanalına müsahibə verib. Matc.az xəbər verir ki, o, əsasən Moskva "Spartak"ı (0:2) ilə imzalanan əməkdaşlıq memorandumundan danışıb.  Quliyev "Zenit"lə də bu formada çalışacaqlarını bildirib.

- "Spartak"la növbəti oyunun tarixinə qərar vermisiniz?
- Bu oyunu açıqlamamışıq, amma əməkdaşlıq memorandumu imzalanıb.

- Yoxlama görüşünü bu il keçirməyi planlaşdırırsınız?
- Görək necə olacaq. "Spartak"ın yeni baş direktoru ilə əlaqə saxlayacağıq.

- "Spartak"la əməkdaşlıq "Neftçi" üçün nə deməkdi?
- Memorandum bir sənəddi. Nə olacağını görəcəyik. ümid edirəm ki, bu, hər iki klub üçün, Azərbaycan futbolunun burada, Rusiya futbolunun isə Azərbaycanda təbliği üçün səmərəli olacaq. Zaman göstərəcək. Biz bu barədə optimistik.

- Əməkdaşlıq ancaq yoxlama görüşlərinin keçirilməsindən ibarətdi?
- Xeyr, bu, əməkdaşlıq üçün kifayət qədər geniş imkanlardı. Yəqin ki, təfərrüatlar daha sonra açıqlanacaq. Hər şey çox yaxşıdır. Düşünürəm ki, "Zenit"lə də eyni şəkildə işləyəcəyik. Ancaq ünsiyyət qurmaq, işləmək lazımdı. Fikrimcə, "Zenit" və "Spartak"la yaxşı dostluq münasibətlərimiz olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest