"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyevin "Neftçi"yə transferi baş tutmayıb. Matc.az Rusiya mətbuatına istinadən məlumatına görə, maliyyə məbləğində klublar razılıq əldə edə bilməyiblər.
 
Halbuki, azərbaycanlı futbolçu Sankt-Peterburqda olarkən "Neftçi"nin düşərgəsinə yollanıb, hətta tibbi müayinədən də uğurla keçib. Lakin "Ximki"nin tələbi ilə "Neftçi"nin təklifi üst-üstə düşməyib.
 
Rusiyalılar 26 yaşlı oyunçu üçün 600 min avro istədiyindən, Bakı klubu transferdən imtina edib. Bu səbəbdən Quliyev bir həftəlik fasilədən sonra "Ximki"nin düşərgəsinə qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest