Türkiyənin "İstanbul Başakşəhər" klubu hücumçu Kşiştof Piateki transfer etdiyini açıqlayıb. Matc.az məlumat verir ki, 28 yaşlı polşalı futbolçu ilə üç illik müqavilə imzalanıb.

Piatekin bir vaxtlar böyük gələcəyi olacağı proqnozlaşdırılırdı. İtaliyanın "Milan" klubuna transfer olunan polyak futbolçunu yeni Andrey Şevçenko adlandırırdılar, lakin o, Milanda möhkəmlənə bilmədi. ümidləri doğrultmayan Kşiştof "Herta", "Fiorentina" və "Salernitana"da oynayıb. İndi polşalı hücumçu özünü Türkiyədə sübut etməyə çalışacaq.

Onu da əlavə edək ki, "İstanbul Başakşəhər" Türkiyə çempionatının son mövsümündə beşinci yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest