19 İyul 2023, 13:18
FUTBOL
"Sabah"ın sabiq futbolçusu Xuan Kamara yeni komandasında da çox qalmayıb. Matc.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Polşada iş yerini dəyişib.
ötən ilin yayında "Sabah"dan ayrılaraq müqavilə ilə məxsus olduğu "Jagelloniya"ya qayıdan 29 yaşlı hücumameyilli oyunçu yeni mövsümdən Polşanın I liqasında çıxış edəcək. "Vilyarreal"ın yetirməsini Sosnovets "Zaqlembe"si transfer edib.
Qeyd edək ki, Xuan Kamara 2021-22 mövsümünü icarə əsasında "Sabah"da keçirib. O, karyerası ərzində "Barselona"nın B komandasında da çıxış edibş.