19 İyul 2023, 13:37
FUTBOL
Polşanın "Rakuv" klubunun çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununun vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, I raundda Estoniya "Flora"sını üstələyən Polşa çempionu növbəti raunddakı ilk qarşılaşmasını iyulun 26-da evdə keçirəcək.
"Rakuv"un mümkün rəqibləri isə "Qarabağ" və "Linkoln"du. Azərbaycan çempionu Cəbəllütariq təmsilçisini üstələməyi bacarsa, iyulun 26-da Bakı vaxtı ilə saat 22:15-də "Rakuv"un qonağı olacaq.
Qeyd edək ki, "Qarabağ"la "Linkoln" bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda cavab matçına çıxacaq. Cəbəllütatiqdəki ilk oyunda ağdamlılar 2:1 hesablı qələbə qazanıb.