19 İyul 2023, 14:59
FUTBOL
"Bavariya" yeni mövsümə hazırlıq məqsədilə ilk yoldaşlıq oyununu keçirib. Matc.az xəbər verir ki, Tomas Tuxelin yetirmələri "Rottach Egern"ə 27:0 hesabı ilə qalib gəlib.
Oyundan sonra Münhen klubunun baş məşqçisi nadir hesabla qazanılan qələbənin fonunda iki zədəli futbolçunun olmasından gileylənib.
"Yaxşı məşq oldu. Amma təəssüf ki, iki futbolçumuz zədələndi. Bu, bizim əhvalımızı pozdu" - deyə, Tuxel bildirib.
Qeyd edək ki, Erik Şupo-Motinq dizindən, Matis Tel isə çiynindən zədələniblər. Zədələrin nə qədər ciddi olduğu hələlik məlum deyil.