19 İyul 2023, 19:19
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike klubun hücumçusu Kilian Mbappenin bu yay satılmasını istəyir. Matc.az xəbər verir ki, parislilər Mbappenin satışından əldə edilən pulla "Yuventus"un hücumçusu Duşan Vlahoviçi və "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silvanı almağa ümid edir.
Mənbə iddia edir ki, Mbappe yeni mövsümdə klubda qalmasa, Luis Enrike fransızı Yaponiyaya mövsümöncəsi turneyə aparmaq istəmir. Lakin futbolçunun gələcək karyerası ilə bağlı məsələ hələ də qaranlıq olaraq qalır və bu ispan məşqçinin xoşuna gəlmir.
Əgər Mbappe müqaviləni yeniləməsə və klubda qalsa, o zaman PSJ onu bütün mövsüm ehtiyatda saxlaya bilər. Futbolçunun Fransa çempionu ilə hazırkı müqaviləsi gələn yay bitəcək.