Görüşü Lukas Fendrix idarə edəcək. Ona Yonas Enri və Giyom Mer köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

"Qarabağ"ın çempionlar Liqasının II təsnifat mərhələsində "Rakuv"la ilk oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA Polşada baş tutacaq qarşılaşmaya İsveçrədən olan hakimlər briqadasını göndərmək qərarına gəlib.
 
Görüşü Lukas Fendrix idarə edəcək. Ona Yonas Enri və Giyom Mer köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Lionel çudi yerinə yetirəcək.
 
Qeyd edək ki, iyulun 26-da keçiriləcək "Rakuv" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Cavab oyunu bir həftə sonra Bakı Olimpiya Stadionunda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest