Məşhur uruqvaylı hücumçu Edinson Kavani bu yay "Valensiya"nı tərk etmək niyyətindədir. Matc.az Ispaniya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu hazırkı müqaviləyə xitam vermək üçün klubla danışıqlar aparır. Müqavilənin müddəti gələn ilin ortalarında başa çatmalıdır.
Daha əvvəl mətbuatda Edinsonun karyerasını Cənubi Amerikada davam etdirmək variantının olduğu bildirilirdi. Onun xidmətlərində Argentinanın "Boka Xuniors" klubu maraqlıdır.
 
İspaniya çempionatının son mövsümündə Kavani "yarasalar"ın heyətində 25 oyun keçirib. Hücumçu vurduğu beş qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest