Madridin "Real" və İngiltərənin "Mançester Yunayted"in klublarının sabiq futbolçusu, hazırda "İnter Mayami"nin sahibi Devid Bekhem Lionel Messinin debüt qoluna emosional reaksiya verib. Matc.az xəbər verir ki, qol vurulandan sonra ingilis göz yaşlarını saxlaya bilməyib.
 
36 yaşlı argentinalı hücumçu "Kruz Azul"la matçda Florida təmsilçisinə qələbə qazandırıb. Messi əlavə vaxtda cərimə zərbəsi ilə rəqib qapısına gözəl qol vurub. Nəticədə "İnter Mayami" 2:1 hesablı qələbəni bayram edib. Bu, Lionelin Amerika klubunda debüt matçı idi.
 
Qeyd edək ki, Messi bu yay sərbəst agent statusu ilə "İnter Mayami" keçib. Argentinalı futbolçu klubla 2025-ci ilin sonuna qədər müqavilə imzalayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest