"Omoniya"nın Nikolas Panagiotu Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə keçiriləcək ilk oyunu buraxa bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 23 yaşlı futbolçu hələ ideal formasından uzaqdı.
 
Buna səbəb Kipr yığmasının üzvünün qarın nahiyəsində keçirdiyi əməliyyatdan sonra heç bir rəsmi görüşdə iştirak etməməsidi. "Omoniya"nın dünən Kipr Superkubokunda "Aris"lə (0:2) görüşündə də Panagiotu ehtiyatda qalıb.
 
Ancaq baş məşqçi Sofronis Avqusti mərkəz müdafiəçilərinin çıxışından məmnun qalmayıb. Bu səbəbdən çalışdırıcı Panagiotunu "Qəbələ" ilə qarşılaşmada meydana buraxa bilər. Baş məşqçi oyunçunun məşqlərdəki performansına görə qərar verəcəklərini söyləyib.
 
Qeyd edək ki, "Qəbələ" ilə "Omoniya" arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı avqustun 3-də Nikosiyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest