İlk yarının sonlarında hesabı açan Zvolinksi 63-cü dəqiqədə dublunu rəsmiləşdirib. Bundan 3 dəqiqə sonra Novakın qolu "Rakuv"a qələbə qazandırıb.

Polşa çempionatına start verilib. Matc.az xəbər verir ki, "Qarabağ"ın çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan "Rakuv" ilk turda "Yagelloniya"nı qəbul edib. 
 
Meydan sahibləri "Ekstraklassa"ya qələbə ilə başlayıblar. İlk yarının sonlarında hesabı açan Zvolinksi 63-cü dəqiqədə penalti zərbəsindən dublunu rəsmiləşdirib. Bundan 3 dəqiqə sonra Novakın qolu "Rakuv"a qələbə qazandırıb. 
 
Qeyd edək ki, "Qarabağ"ın "Rakuv"la ilk oyunu iyulun 26-da Polşada baş tutacaq. Görüşü isveçrəli Lukas Fendrix idarə edəcək. Ona həmyerliləri Yonas Enri və Giyom Mer köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Lionel çudi yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest