"Roma" hücumçu Eldor Şomurodovla yollarını ayırmaq qərarına gəlib. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı özbək hücumçu Portuqaliyaya mövsümöncəsi turneyə gedəcək futbolçular siyahısında yer almayıb.
 
"Canavarlar"ın baş məşqçisi Joze Mourinyo Şomurodovla gələcək əməkdaşlıqda maraqlı deyil. O, futbolçunun başqa kluba transferinə razılıq verib.
 
Daha əvvəl Eldorun "Jirona" və "Leççe"nin maraq dairəsində olduğu bildirilirdi.
 
İtaliya çempionatının son mövsümündə hücumçu 16 oyun keçirib, bu oyunlarda bir qol vurub, iki məhsuldar ötürmə edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest