Baş məşqçi Qurban Qurbanovun iyulun 25-i yerli vaxt ilə 19:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransı başlayacaq.

UEFA çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Rakuv"un qonağı olacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi iyulun 25-i saat 11:30-da Polşaya yollanacaq.
 
Baş məşqçi Qurban Qurbanovun iyulun 25-i yerli vaxt ilə 19:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransı başlayacaq. Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı "Miejski" stadionunda baş tutacaq.
 
Qeyd edək ki, "Rakuv" – "Qarabağ" matçı iyulun 26-da Bakı vaxtı ilə 22:15-də keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest