23 İyul 2023, 14:49
FUTBOL
30 yaşlı braziliyalı müdafiəçi Aleks Telles "Mançester Yunayted"dən ayrılıb. Matc.az klubun saytına istinadən xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasına keçib.
Müqavilənin təfərrüatları hələ tam açıqlanmayıb. Bundan əvvəl "qırmızı şeytanlar"ın cənubi amerikalının satışından dörd milyon funt sterlinq qazanacağı bildirilirdi. Tellesin yeni klubunda maaşı 7 milyon avro üstəgəl bonus ödənişləri olacaq.
Xatırladaq ki, Telles "Mançester Yunayted"ə 2020-ci ildə gəlmişdi. Braziliyalı ötən mövsümü icarə əsasında İspaniyanın "Sevilya"sında keçirib. Telles 38 oyunda iştirak edib, o, bu oyunlarda üç məhsuldar ötürmə edib.